AZ   |   RU
Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə zeytunçuluq kompleksinin yaradılması ilə bağlı görülən işlər barədə videoçarxı izləyib.
“Abşeron Zeytun Bağları” MMC-nin nümayəndəsi Rəmzi Şükürov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Sonra dövlət başçısı ərazidə zeytun ağacı əkib.


  • 4-11-2022, 19:21