AZ   |   RU
Goranboyda mikroavtobus 74 yaşlı kişini vuraraq öldürüb

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az
xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü kişini vurub.
Yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • 2-11-2022, 21:41