AZ   |   RU
Yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib

5-6 noyabrda Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

Missiya.Az
xəbər verir ki, Serbiya yığması bu yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb. 

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

  • 2-11-2022, 21:07