AZ   |   RU
Bakıda 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı cinayət işi başlanıldı

Bakıda 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı cinayət işi açılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


  • 7-05-2021, 09:25