Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi baş tutub.Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilin bu barədə teleqram kanalında məlumat yayıb.
Belə ki, o, bu gün 50/50 düsturuna əsasən, Kiyevlə yeni məhbus mübadiləsini elan edib.
“Bizim 50 döyüşçümüzə azadlıq verilir. Onların arasında 7 nəfər Donetsk Xalq Respublikasından, 2 nəfər Luqansk Xalq Respublikasındandır”, - deyə Puşilin bildirib.
Qeyd edək ki, Moskva və Kiyev artıq bir neçə məhbus mübadiləsini həyata keçirib. Belə ki, oktyabrın 13-də Rusiya Müdafiə Nazirliyi danışıqlar nəticəsində əsir götürülmüş 20 hərbçinin Ukraynadan qaytarıldığını açıqlayıb.