AZ   |   RU
Türkiyə enerji böhranı yaşayan avropalılara sərfəli “qış turları” təklif edir
Türkiyənin turizm agentlikləri enerji böhranı yaşayan Avropa ölkələrinin sakinləri üçün qış mövsümündə kurortlara uzunmüddətli və sərfəli turlar təklif etməyə başlayıb.

Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, turlar əsasən pensiya yaşında olan insanlar üçün nəzərdə tutulub. Antalyadakı turizm mütəxəssisləri də Avropadakı 150 milyon təqaüdçünün qışı isti bölgələrdə keçirmələri üçün uzunmüddətli tətil paketləri təqdim ediblər.

Belə ki, Antalyada beşulduzlu otellərdə hər şey daxil olmaqla iki aylıq yaşayış turistlərin seçimindən asılı olaraq 1000-10 000 avroya başa gələcək. İki və ya üç ulduzlu otellərdə isə bir otaq 511 avroya icarəyə götürülə bilər.

Beləliklə də bu qış enerji qiymətlərindəki artımlar səbəbindən çətin vəziyyətə düşən Avropadakı təqaüdçülər qışı evdə keçirmək əvəzinə Antalya və ya digər istiqamətlərdə 2 aylıq tətillə daha qazanclı ola biləcəklər.

Aksiyada 152 Antalya oteli, həmçinin Bodrum, Kuşadası, Marmarisdəki yerləşdirmə obyektləri iştirak edir.


  • 28-10-2022, 23:18