AZ   |   RU
Ərdoğan Rusiya qazının “Türk axını” ilə Avropaya nəql olunacağına ümid edir

Türkiyə yaxın zamanda “Kanal İstanbul”un inşasına başlayacaq.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan “Türkiye Yüzyılı” adlı inkişaf planının təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, beləliklə İstanbul boğazında ekoloji təhlükənin qarşısı alınacaq.

Ərdoğan, Rusiya ilə aparılan danışıqların nəticəsində rus təbii qazının “Türk axını” vasitəsi ilə Avropaya nəql ediləcəyinə ümid etdiyini də vurğulayıb.

  • 28-10-2022, 19:25