AZ   |   RU
Region gəncləri üçün “İrəli”dən yeni layihə

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə start verilir.

Birliyin Mətbuat xidmətindən Missiya.Az
-a verilən məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığı təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.

Layihə çərçivəsində region gənclərinin inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq məqsədilə 7 müxtəlif regionda təlim proqramının icrası nəzərdə tutulur. Qeyd olunub ki, “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda baş tutacaq təlimlərdə ümumilikdə 200-dən çox gənc iştirak edəcək.

Müraciətlərin qəbulu 2 noyabr 2022-ci il tarixinədək davam edəcək. Layihədə qeyd olunan regionlarda yaşayan 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/regiongencleri

  • 27-10-2022, 20:36