AZ   |   RU
Rusiya Prezidenti: "Qərb 2014-cü ildə Ukraynada dövlət çevrilişini maliyyələşdirdiyini etiraf edib"

"Qərb ölkələri 2014-cü ildə Ukraynada dövlət çevrilişini maliyyələşdirdiyini etiraf edib".

Missiya.Az
report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

Onun fikrincə, Qərb ölkələri 2014-cü ildə Ukraynada dövlət çevrilişi hazırlayıblar:

“Onlar bunu dəstəklədilər. Bu çevriliş üçün nə qədər pul xərclədiklərini dedilər. Ümumiyyətlə, onlar (Qərb ölkələri) heç nədən utanmırlar”, - deyə o bildirib.

  • 27-10-2022, 20:04