TikTok, Facebook və YouTube-da aparılan araşdırmada nəhəng şirkətlərin dezinformasiya ehtiva edən məzmun və reklamlara icazə verdiyi üzə çıxıb. Missiya.Az “Haber7.com”-a istinadən xəbər verir ki, Qlobal Vitnes və Nyu York Universitetində Demokratiya üçün Kibertəhlükəsizlik qrupu tərəfindən araşdırma aparılıb.
TikTok, Facebook və YouTube-da yalançı reklamlar yerləşdirənləri araşdıran qrup tərəfindən testin nəticələri dərc edilib.
Dezinformasiyaya qarşı həssaslıq səviyyəsinin yoxlanıldığı araşdırmanın nəticələri bu platformaların dezinformasiyaları süzgəcdən keçirmədiyini üzə çıxarıb.
Mütəxəssislər sosial medianın ən çox seçilən sahələrindən olan videoməzmun platformalarına yalan və ya çaşdırıcı məlumatlar göndərərək filtrasiyada platformanın performansını müşahidə ediblər.
Leyla SƏMƏNDƏR
Missiya.Az