AZ   |   RU
Qalıq yanacaqlara güvənmək axmaqlıqdır- Antonio Quterres


Dünyanın üzləşdiyi fəlakətlərdən danışan Quterreş, "Yenilənə bilən mənbələrə kifayət qədər sərmayə qoymadıq, indi bunun əvəzini ödəyirik" deyib
 
Missiya.Az "BBC"-yə istinadən xəbər verir ki,  Quterreş bugünkü iqlim vəziyyətini gücləndirən qalıq yanacaqlara arxalanmağı “axmaqlıq” adlandırıb.

Quterreş bildirib ki, dünya və xüsusilə Avropa son 20 ildə bərpa olunan enerjiyə böyük sərmayələr yatırsaydı, bu gün qarşılaşılan enerji böhranı baş verməzdi.

Çərşənbə günü BMT-nin hesabatında qeyd olunur ki, dünya temperatur artımı nəticəsində intensivləşən  daşqınlar, istilik dalğaları və tufanlar artıq viran qalmış planeti növbəti fəlakətlərə sürükləyəcək. 

Quterreş, belə gedərsə planetdəki mövcud  iqlim vəziyyətini də itirəcəyimizin xəbərdarlığını edib.  

Aqil Musa
Missiya.Az

  • 27-10-2022, 14:21