Azərbaycanlıların Şuşakənddən yayılan görüntüləri erməniləri təşvişə saldı - İstirahət edirlər - VİDEO
Azərbaycanlıların Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərində sərbəst hərəkət etmələri ermənilərin narahatlığına səbəb olub.
Missiya.Az xəbər verir ki, bu barədə görüntüləri “Mediaport” teleqram kanalı yayıb.
Bildirilir ki, Şuşaya tikinti materialı daşıyan azərbaycanlılar Şuşakənd kəndi ərazisində maşınlardan düşüblər və sərbəst hərəkət ediblər. Videoda sürücülərin maşınları saxlayaraq istirahət etdikləri öz əksini tapıb. Görüntülər ərazidən keçən ermənilər tərəfindən lentə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov mayın 2-də “Twitter” hesabında paylaşım edərək iyun ayında Xankəndinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyini bildirib. Sözügedən paylaşım sosial şəbəkələrin erməni seqmentinin “ciddi narazılığına” səbəb olub.
Həmin xəbərdən sonra Rusiya sülhməramlıları ermənilərin tələbi ilə İrəvan-Xankəndi yolunda nəzarəti gücləndirib.