ABŞ, Yaponiya və Cənubi Koreya xəbərdarlıq edib ki, əgər Şimali Koreya yeddinci nüvə silahını sınaqdan keçirsə, “analoqu olmayan” cavab alacaq.Missiya.Az Haber7.com-a istinadən xəbər verir ki, bəyanat ABŞ və onun regional müttəfiqlərinin Şimali Koreyanın 2017-ci ildən bəri ilk dəfə nüvə bombası sınaqlarını bərpa etməyə hazır ola biləcəyi ilə bağlı narahatlıqları fonunda verilib.
Bildirilib ki, Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Ço Hyun-donq Tokioda mətbuat konfransında deyib: “Biz razılaşdıq ki, Şimali Koreya yeddinci nüvə sınağı keçirərsə, misilsiz miqyasda cavab tədbirləri görülməlidir”.
ÇoHyun-donq bu sözləri Yaponiyanın xarici işlər nazirinin müavini TakeoMori və ABŞ dövlət katibinin müavini VendiŞermanla birlikdə deyib.
Qeyd edək ki, Şimali Koreya bu il misli görünməmiş sürətlə silah sınaqları keçirir, son həftələrdə Yaponiyanın üzərindən uçan bir raket də daxil olmaqla, iyirmidən çox qısa və orta mənzilli ballistik raketlər atır.
“Biz Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə çağırırıq” deyən Şerman, Şimalın hərəkətlərini region üçün sabitliyi pozan və “ehtiyatsızlıq” kimi qiymətləndirib.
Şerman həmçinin bildirib ki, ABŞ müttəfiqləri Yaponiya və Cənubi Koreyanı qorumaq üçün “nüvə, adi və raketdən müdafiə də daxil olmaqla” tam hərbi imkanlarından istifadə edəcək. Şimali Koreya başa düşməlidir ki, ABŞ-ın Cənubi Koreya və Yaponiyanın təhlükəsizliyinə öhdəliyi “dəmir örtüklüdür”.
Teymur Aslanov
Missiya.Az