İnstaqram sosial media platforması profilə musiqi əlavə etmək funksiyası üzərində işləyir.
Missiya.Az cnnturk.com-a istinadən xəbər verir ki, bu barədə MicroSoft Network şirkəti məlumat yayıb. Bildirilib ki, sosial media mütəxəssisi Alessandro Paluzzi tərəfindən ortaya qoyulan təklifə görə, şirkət bu sınağı keçirir.
Qeyd edək ki, insanların instaqram profilində “Musiqi əlavə et” seçimi olacaq. Sabit mahnının buraya əlavə ediləcəyi və ya müxtəlif platformalardan çevik şəkildə mahnının alına biləcəyi gözlənilir. Ekran görüntüləri baxımından burada da, 40 simvol məhdudiyyəti var.
Həmçinin, yeni funksiyanın təfərrüatlarına dair yaxın günlərdə daha ətraflı məlumat veriləcək.
Xatırladaq ki, MSN 2000-ci illərin əvvəllərində internet mesajlaşmasının ən çox yayılmış tətbiqləri arasında idi. Belə ki, musiqi oynadıcısı ilə əlaqə saxlamaq və dərhal dinlədiyimiz musiqini göstərmək mümkün olurdu.
Zərintac MAYİSQIZI
Missiya.Az