AZ   |   RU
İpək Yoluna Dəstək Qrupu konfransının “İstanbul bəyannaməsi” imzalanıb

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransının “İstanbul bəyannaməsi” imzalanıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, sənəddə İpək Yoluna Dəstək Qrupuna daxil ölkələrin cari regional hadiəsələri nəzərə alaraq enerji və qida təhlükəsizliyi, həmçinin, nəqliyyat dəhlizlərinin aktivləşdirilməsinə dair əməkdaşlığın artırılmasının əhəmiyyəti vurğulanıb.

“İstanbul bəyannaməsi”ndə Trans-Anadolu Boru Kəmərinin (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) uğurlu birləşdirilməsi alqışlanaraq, bunun Cənub Qaz Dəhlizinin tamamlanmasında mühüm mərhələ olduğu bildirilib.

Bundan əlavə, Yunanıstan-Bolqarıstan interkonnektorunun regionumuzun davamlı inkişafı və Azərbaycandan Avropaya əlavə həcmdə təbii qaz gətirəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (ICGB) istifadəyə verilməsi ilə Avropaya əlavə Azərbaycan təbii qazının tədarükünün mümkünlüyünün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.

İpək Yoluna Dəstək Qrupuna daxil ölkələr Asiya və Avropa arasında fasiləsiz əlaqəni hədəfləyən Transxəzər Şərq-Qərb Orta Dəhlizinin təkmilləşdirilməsi səylərini də təqdir edib. Bu anlamda Şərq-Qərb Orta Dəhlizinin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı birləşdirici layihələrdə əldə edilmiş irəliləyişdən məmnunluq ifadə edilib.


  • 18-10-2022, 21:56