Avropa Komissiyası (AK) enerji böhranı ilə mübarizə üçün yeni tədbirlər paketinin bir hissəsi olaraq Avropa İttifaqı (Aİ) ölkələrinə 2023-cü ilin martına qədər aylıq qaz istehlakını 15% azaltmağı təklif edib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə AK-nin mətbuat xidmətinin bəyanatında deyilir.
“Avropa Komissiyası tələbin azaldılması tədbirlərini yaxından izləyir. Üzv dövlətlərin hesabatlarına əsaslanan ilkin təhlillər göstərir ki, avqust və sentyabr aylarında Aİ-nin qaz istehlakı əvvəlki beş ilin orta göstəricisindən təxminən 15 % aşağı olacaq. Aİ Şurasının nizamnaməsinə riayət etmək üçün gələn ilin mart ayına qədər hər ay oxşar səylər tələb olunacaq”, - bəyanatda qeyd olunur.