İran Rusiyaya yer-yer tipli raketlər, həmçinin əlavə dronlar tədarük edəcəyinə söz verib.
Missiya.Az xəbər verir ki, bu barədə "
Reuters" iki ali İran rəsmisinə və iranlı iki diplomata istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında müvafiq razılaşma oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Moxbar, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki rəhbər rəsmisi və İran Ali Milli Təhlükəsizlik Şurasının bir rəsmisinin oktyabrın 6-da silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib.
“
Reuters“ə danışan mənbənin sözlərinə görə, rusiyalılar İrandan əlavə dronlar və dəqiqliyi artırılmış ballistik raketlər, xüsusilə də “Fateh” və “Zülfüqar” raketləri istəyiblər.