AZ   |   RU
Üç Avropa ölkəsi Rusiyanın mühakimə olunmasını tələb edir

Avropa İttifaqı ölkələri Estoniya, Litva və Latviya Rusiyanın mühakiməsi üçün məhkəmənin yaradılmasını tələb ediblər

 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Litva Xarici İşlər Nazirliyinin saytında dərc olunan birgə bəyanatda Rusiyanın hücumlarının araşdırılması, mövcud məhkəmə boşluğunun doldurulması və Rusiyanın Ukraynaya qarşı cavabdehliyinin təmin olunması tələb edilib.
 
Əlavə olaraq bəyanatda deyilir ki, Rusiya tərəfindən məktəbləri, uşaq meydançalarını, eləcə də Ukrayna ərazisində ölkənin infrastrukturunun hədəfə alınması Ukrayna xalqına qarşı əsassız terror kampaniyasının son hissəsidir. 
 
Həmçinin birgə bəyanatda o da vurğulanır ki, Avropa İttifaqı Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə qarşı əlavə tədbirlər görməli, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən aparılan araşdırmalara bundan sonra da dəstək verilməlidir.
 
Aqil Musa
Missiya.Az

  • 17-10-2022, 17:45