Rusiyanın paytaxtı Moskvada qismən səfərbərlik prosesi başa çatıb.
Missiya.Az haberturk.com-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.
Belə ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də verdiyi açıqlamada ölkəsində qismən səfərbərlik çərçivəsində 222 min nəfərin xidmətə cəlb edildiyini vurğulayaraq, bütün tədbirlərin təxminən 2 həftə ərzində sona çatacağını bildirib.
Qeyd edək ki, səfərbərlik zamanı Gürcüstan və Qazaxıstan başda olmaqla yüz minlərlə Rusiya vətəndaşı ölkəni tərk etmək üçün quru yolu ilə sərhədlərə axışıb. Habelə, Rusiyada beynəlxalq aviabiletlərə tələbat sürətlə artıb, bir çox şəhərin biletləri tükənib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-də qəbul edilən qismən səfərbərlik qərarı çərçivəsində ümumilikdə 300 min nəfərin orduya cəlb edilməsini planlaşdırmışdı.
Zərintac MAYİSQIZI
Missiya.Az