AZ   |   RU
Erməni vandalizmi Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir

“Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadrat kilometr ərazidədemək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. 

Bunu ancaq belə başa düşmək olar”- bu fikirləri Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Erməni terroristlərinin 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü tarixi-mədəni irsimizin ciddi zərər görməsiilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Erməni vandallığı nəticəsində bütün bu abidələrimizməhv edilib. 

İşğal altında qalmış Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ vəətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 65-i tamamilə dağıdılıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər isə öz əxlaqsızlıqlarını bir daha nümayiş etdirərək, məscidlərimizin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öznifrətlərini nümayiş etdiriblər.

Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, DövlətXalça Muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış vətalan olunmuş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmiş, 5 mindən çox qiymətli və nadir eksponat Ermənistana daşınmışdır.

30 illik işğal dövründə Azərbaycan nə qədər cəhd etsə də UNESCO ermənilərin bu vandalizmini qiymətləndirməkdən, həmin ərazilərdə monitorinq aparmaqdan imtina edib. Erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağda fəaliyyət göstərməyib. 2022-ci il 10 mart tarixində Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə erməni lobbisinin əlində alət olan beynəlxalq vəregional təşkilatların riyakar və ikiüzlü siyasətinin təzahürüdür. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədənivə təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq bu məsələ ilə bağlı Ermənistana beynəlxalq təzyiq göstərilməyib. Azərbaycan ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra isə illərdir ki, erməni vandalizminə göz yuman dünya birliyi, xüsusilə də erməni təəssübkeşləri Azərbaycanı Qarabağda “erməni mədəniyyətini” məhv etmək kimi cəfəng iddialarla günahlandırırlar.

Laura Quliyeva   
Nizami rayon Mədəniyyət Mərkəzinindirektoru


  • 15-10-2022, 16:32