"Ukraynadakı vasitəçilik və əsir mübadiləsinə görə Ərdoğana minnətdarıq. O, taxıl böhranında da fəal rol oynayıb". Missiya.Az haber7.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya Prezidenti, Ukrayna danışıqlara hazır olsa, vasitəçilik səylərinə ehtiyac olacağını da bildirib.
Putin, həmçinin "Almaniya Ukraynada NATO-nun tərəfində olmaqla səhv etdi. Alman xalqı Berlinin NATO ilə əlaqələrə üstünlük verməsinin bədəlini ödəyir"- deyə Almaniyaya da mesaj verib.
“Mən hələ G20 Sammitində iştirakla bağlı yekun qərarımı verməmişəm”, - deyən Putin, eyni zamanda, ABŞ prezidenti Co Baydenlə görüşmək üçün heç bir səbəb görmədiyini bildirib:
"Ondan (Bayden) mənimlə danışmağa hazır olub-olmadığını soruşmalısınız. Mən heç bir danışıqlar planı görmürəm".
Leyla SƏMƏNDƏR
Mİssiya.Az