"Əgər Media Reyestrinə daxil olaraq jurnalist vəsiqəsi alan şəxsin işinə xitam verilərsə, o, jurnalist vəsiqəsini çalışdığı media subyektinə təhvil verməlidir".
MissiyaAz xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.
"Media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir. Daha sonra isə jurnalist digər media subyektində rəsmi qaydada işə düzəldikdən sonra yeni jurnalist vəsiqəsi üçün Agentliyə müraciət edə bilər", deyə, S.Şəfiyeva bildirib.
Onun sözlərinə görə, "Media haqqında" qanunda fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunublar:
"Çünki onlar informasiyanı toplayıb, hazırlayıb və yayımını həyata keçirirlər. Ona görə də fotomüxbirlər Media Reyestrinə daxil ola bilərlər".