"Konqres basqını" işinə görə Nümayəndələr Palatasının Komitəsi keçmiş prezident Donald Trampı ifadə verməyə çağırıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2020-ci il prezident seçkilərində Baydenin qalib gəlməsindən narazı olan Tramp tərəfdarlarları ABŞ Konqresinə hücum etmişdilər.
Nümayəndələr Palatasının hadisələri araşdırmaq üçün səlahiyyətləndirdiyi 7 demokrat və 2 respublikaçı üzvdən ibarət komissiya yekdilliklə Trampın ifadəyə çağırılmasına qərar verib.
Xatırladaq ki, ABŞ-da ifrat sağçı qruplar və Tramp tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrini təsdiqləmək üçün sessiyanın keçirildiyi Konqres binasına basqın ediblər. Basqında 1-i polis olmaqla 5 nəfər həyatını itirib. Basqın səbəbilə iğtişaşlara təhrik etdiyi üçün vəzifəsindən azad edilərək mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb.
Aqil MusaMissiya.Az