AZ   |   RU
Ermənistan haradan-haraya düşdü, Azərbaycan hardan-haraya qalxdı - Aydın Quliyev tezislərlə izah etdi

Müqayisəli dəyişikliklər çox da böyük zaman kəsiyində yox, cəmi 4 ilin ərzində baş verdi. 2018-2022-ci illərin arasında Qarabağ məsələsinə münasibətdə Azərbaycanın və Ermənistanın mövqelərinin necə dəyişdiyini tezislərin dilindən daha aydın eşitmək olar.  

Dörd il əvvəl Ermənistanın iddialarını ifadə edən tezislər:

1.Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz. Ya müstəqillik, ya da Ermənistanın tərkibində...
2.Millətlərin öz müqəddəratını təyin etməsi prinsipi ərazi bütövlüyündən üstündür.
3.Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri saxlanmalıdır. (Dəhliz və ya yol yox ha, məhz quru sərhəd).
4.Yeni ərazilər naminə yeni müharibə və bu müharibə Bakıda bitəcək..


Nəhayət Paşinyanın özünün və bütün Ermənistanın başına məlum bəlanı açmış bədnam "Qarabağ Ermənistandır və nöqtə" tezisi... 2022-ci ilin bu günlərində Azərbaycanın və Ermınistanın mövqelərini və güclərini əks etdirən tezislər:

1.Dağlıq Qarabağın müstəqilliyi və ya Azərbaycanın tərkibində olmaması artıq mümkün deyil.
2.Dağlıq Qarabağ Ermənistan üçün ərazi iddiası yox, erməni əhalinin hüquq və təhlükəsizlik məsələsidir. Ərazi iddialarından imtinanın bundan diplomatik-siyasi forması ola bilməz.
3.Dağllq Qarabağ adlı inzibati ərazi vahidi artıq yoxdur və olmayacaq.
4.Azərbaycan-Ermənistan sülh sazişində ərazi prinsipi ilə keçmiş Dağlıq Qarabağ haqda heç bir maddə və söz olmayacaq.
5.Azərbaycan Qarabağ erməniləri ilə heç bir vasitəçilərsiz,o cümlədən beynəlxalq  vasitəçilərsiz öz daxili məsələsi kimi danışacaq.
6.Bütün erməni silahlıları Qarabağdan tam çıxarılacaq.
7.Ermənistan minalanmış ərazilərin xəritələrini və itkin düşənlər barədə məlumatları Azərbaycana verməlidir.


Həqiqətən də, iki ölkə haradan haraya gəlib çıxdılar?! Nələrin və kimlərin hesabına olduğu isə məlumdur. Sonda.... Şanslar hər vaxt və bütün ölkələrdə olur. Lakin ağıllı siyasət və.ağıllı dövlət idarəçiləri heç də həmişə və hər ölkədə olmur...

Aydın QULİYEV
Bakı-xəbər qəzetinin baş redaktoru


  • 14-10-2022, 17:48