AZ   |   RU
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ"ın futbolçusu Kadi Borges zədələnib.

Missiya.Az
xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ayağından xəsarət alıb. 10-cu dəqiqədə zədələnən braziliyalı oyunçu matçı sona çatdıra bilməyib. Onun yerinə meydana 62-ci dəqiqədə Filip Ozobiç daxil olub.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.


  • 13-10-2022, 22:31