AZ   |   RU
Rusiya mediası Ordumuzun PUA-larla Ermənistana vurduğu zərər barədə rəqəmlər açıqlayıb
Rusiyanın əsasən hərbi xəbərlər dərc edən “Rus Top War” saytı Türkiyə istehsalı “Bayrakdar TB2” PUA-ları ilə bağlı xəbər hazırlayıb.

Missiya.Az
xəbər verir ki, xəbərdə PUA-ların İkinci Qarabağ Müharibəsinə Ermənistan ordusuna vurduğu ziyandan bəhs olunur.

Sayt müharibənin ilk 24 günü ərzində PUA-lar vasitəsi ilə Ermənistana ağır zərbə vurulduğunu yazır.

Sitat: “Qarabağ Müharibəsinin ilk 24 günü ərzində Türkiyə istehsalı “Bayrakdar TB2” PUA-ları vasitəsi ilə 3-dən çox tabor, 43 piyadaların döyüş maşını, zirehli hərbi maşın, 141 müxtəlif növ hərbi texnika məhv edilib. Həmçinin döyüşlər zamanı PUA-lar vasitəsi ilə 114 erməni tankı partladılıb, bir çox hərbi obyektlər darmadağın edilib”, - sitatın sonu. 

Xəbərdə bildirilir ki, Azərbaycan ordusu müasir PUA-larla təchiz edilib. Bu isə gələcəkdə baş verə biləcək müharibə zaman Azərbaycan ordusuna böyük üstünlüklər şansı deməkdir.

Qeyd edək ki, Türkiyə istehsalı Pilotsuz Uçuş Aparatları Liviya, Suriya və Azərbaycanın Dağlıq Qarabağ regionunda həyata keçirilən hərbi əməliyyatlar zamanı aktiv şəkildə istifadə olunub. Müharibə zamanı uğurla istifadə olunan PUA-lar bir çox dövlətlərin diqqətini cəlb edib. Dünyanın müxtəlif qəzetləri, jurnalları və televiziya kanalları Azərbaycanın müharibədə istifadə etdiyi PUA-ların gələcəyin silahı olduğu barədə məqalələr dərc ediblər. Həmçinin Rusiya, Ukrayna, Gürcüstan, Serbiaya və bir çox dövlətlər hərbi arsenallarına müasir PUA-ları cəlb etməklə bağlı işə başlayıblar.  

Elvin
Missiya.Az



  • 4-05-2021, 12:03