Yunanıstan "Olimpiakos"u "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Pirey təmsilçisi PAOK-un keçmiş qolkiperi Aleksandros Pasxalakisi heyətinə qatıb.
33 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.