AZ   |   RU
Zaxarova Paşinyanın KTMT-ni tənqid etməsinə cavab verib

Ermənistanın müəyyən siyasi xadimləri tərəfindən KTMT-nin ünvanına səsləndirilən əsassız tənqidlər faydalı deyil və yoxlanılmış qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə vermir.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
O bildirib ki, bu siyasətçilər harada olurlarsa-olsunlar, bu cür destruktiv bəyanatların heç bir faydası yoxdur.

Zaxarova, həmçinin qeyd edib ki, Moskva bir sıra qeyri-regional oyunçuların Cənubi Qafqaz regionuna qeyri-sabitlik gətirmək cəhdlərini görür və bu, uzun sürən böhrandan çıxmaq üçün hüquqi şans əldə edir.


  • 29-09-2022, 19:39