AZ   |   RU
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Missiya.Az xəbər verir ki, T.Klaar fevralın 22-dən etibarən Ermənistanda səfərdədir və bundan sonra Gürcüstana və Rusiyaya səfər etməyi, ən sonda isə Bakıya gəlməyi planlaşdırır.

Səfər zamanı T.Klaar ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.

  • 24-02-2021, 12:29