Böyük Britaniya hökuməti 92 rusiyalıya, o cümlədən Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarah İliyevə qarşı sanksiyalar tətbiq edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, sənədin yenilənmiş variantı bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Sanksiya siyahısına “Qoznak”, “Sberbank”, “Qazprombank” və “Otkritie” bankın rəhbərliyi, Bank VTB-nin Müşahidə Şurasının üzvü Valeri Sidorenko, ARETİ beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov daxil edilib.
Bundan başqa, Rusiya Prezidentinin Daxili Siyasət Administrasiyasının məmurlarına qarşı da sanksiyalar tətbiq olunub.