“Hədəfimiz Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenskini ən qısa zamanda bir araya gətirmək, müharibəyə son verməkdir”.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyənin səylərinə verdiyi dəstəyə görə həmkarlarına təşəkkür edib: “Cənab Putinə və Zelenskiyə minnətdaram. Bizdən fərqli olaraq, qonşumuz Yunanıstan isə təxribatçılıq edir”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.