AZ   |   RU
NATO təlimlərə başladı

Baltik dənizində NATO ölkələrinin hərbi təlimləri başlayıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Ramstein Alloy” adlı təlimdə Macarıstan, Almaniya, Çexiya, İtaliya, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Litva və NATO tərəfdaşı Finlandiya hava qüvvələri iştirak edir.

“Baltik dənizindəki təlimlər 2 gün davam edəcək”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, təlimlərə 20-dən çox döyüş və dəstək təyyarəsi, həmçinin erkən xəbərdarlıq təyyarələri, NATO komandanlıq və idarəetmə mərkəzləri cəlb olunub.

Daşqın Həsənov
Missiya.Az


  • 26-09-2022, 18:36