“Bu ilin aprel ayının 17-dən indiyə kimi davam edən “Pəncə-Kilit” əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən 3 bölgədə 397 terrorçu məhv edilib”.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Akar bildirib ki, Türkiyənin terrorla mübarizədə yeni mərhələyə başladığı 2015-ci ilin iyul ayından bu günə qədər bölgədə 36 min 143 terrorçu zərərsizləşdirilib.
“Terrorçular iki və ya üç pilləli olan mağaralarda gizlənərək möhkəmləndirilmiş ərazilər tikirlər. Türkiyə ordusu sərhəd bölgələrini silahlılardan addım-addım təmizləyir”, - deyə türkiyəli nazir vurğulayıb.
Akar qeyd edib ki, Türkiyə bundan sonra da terrora qarşı mübarizəsini davam etdirəcək.
Daşqın Həsənov
Missiya.Az