“ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, lakin diplomatiyanın problemi həll etmək üçün ən yaxşı yol olduğuna inanmaqda davam edirik”.
Missiya.Azoxu.az- istinadən xəbər verir ki, nunu ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edərkən bəyan edib.
O, bildirib ki, nüvə müharibəsi heç vaxt başlamamalıdır, çünki bu savaşın qalibi olmayacaq.
Dövlət başçısı, həmçinin ölkəsinin BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu deyib. Baydenin sözlərinə görə, BMT-nin “müasir dünyanın tələbatlarına cavab verən şəkildə daha əhatəli olmasının vaxtı çatıb”.