AZ   |   RU
Neftçalada 31 yaşlı kişi yol-nəqliyyat hadisəsində ölüb, qardaşı xəsarət alıb
Neftçalada baş verən ağır yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

Missiya.Az "Report”un Aran bürosuna istinadən xəbər verir ko,  Qardaşbəyli kəndində “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Abbasov Cahid Cavid oğlu ölüb.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilirb.

Faktla bağlı araşdırma aparılır.


  • 21-09-2022, 23:09