AZ   |   RU
Türkiyənin milyonlar mənimsəyən məmuru Azərbaycana qaçdı
Türkiyənin Antalya şəhər Ədliyyəsində birinci icra müdiri H.Ç. 13 milyon lirə pulu mənimsəyərək ölkədən qaçıb.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq Türkiyədə məmurla bağlı araşdırmalara başlanılıb.

Hadisə H.Ç-nın bir neçə gündür işə getməməsi ilə ortaya çıxıb. Belə ki, məmur seyf və bank hesablarından 13 milyon lirə (1 mln. 207 min manat) mənimsəyərək Azərbaycana qaçdığı bəlli olub.


  • 21-09-2022, 21:37