AZ   |   RU
Yevlaxda azyaşlı oğlan sinif yoldaşı tərəfindən döyülməsi iddiası araşdırılır
Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

DİN Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan Missiya.Az-a
verilən məlumata görə rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.

Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

Leyla Səməndər
Missiya.Az


  • 21-09-2022, 19:57