Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitələrinin sədrləri iki ölkə arasında sərhəddə vəziyyətin sabitləşdirilməsi və sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev deyib.
"Biz Tacikistanla protokol imzaladıq. Protokolun əsas mahiyyəti iki ölkə arasında vəziyyətin sabitləşməsi və sülhün bərqərar olması, vəziyyətin nizamlanması istiqamətində işlərin aparılmasıdır. Qırğızıstan tərəfdən mən, Tacikistan tərəfdən - Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimov imzalayıb", - deyə K.Taşiyev bildirib.
O, həmçinin "Batken vilayəti ərazisində vəziyyətin tədricən sabitləşdiyini" qeyd edib və çərşənbə axşamı axşam daha bir görüşün planlaşdırıldığını bildirib.