AZ   |   RU
İran polisi etirazçılara atəş açıb

İran polisi Divander şəhərində nümayişçilərə atəş açıb.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, aksiya 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməldaşları tərəfindən öldürülməsinə etiraz olaraq keçirilib.
Daha əvvəl xəbər verildiyi kimi, qız şəriət qaydalarına uyğun gəlməyən görünüşünə görə döyülüb.

O, şəriət normalarına riayət olunmasına nəzarət edən “İrşad” polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Küçəyə qızı səhv hicab geyinməkdə ittiham ediblər.


  • 19-09-2022, 21:32