AZ   |   RU
Ərdoğan Azərbaycana səfərinin detallarını açıqladı - "Əvvəlcə Zəngilan, sonra..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Zəngəlan hava limanının açılışında iştirak edəcəyini bildirib.

Missiya.Az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı səfərin detallarını da açıqlayıb: "İlham Əliyev bizdən səfərin tarixini dəqiqləşdirməyi xahiş etdi. Zəngəlanda hava limanının açılışından sonra Cəbrayıla yollanacağıq və burada təntənəli mərasim keçiriləcək. Müvafiq razılıq əldə olunub. Azərbaycanda keçiriləcək tədbirlərdə digər liderlərin də iştirakını istisna etmirəm” – deyə, Ərdoğan bildirib.

ELCAN
Missiya.Az


  • 17-09-2022, 22:42