AZ   |   RU
İğdırda Ermənistanın Azərbaycana qarşı təxribatlarına etiraz - Fotolar

Bu gün Türkiyənin İqdır şəhərində erməni təxribatlarına qarşı etiraz aksiyası keçirilib.

Missiya.Az
xəbər verir ki, bu barədə TAİB-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə təşkilatın İdarə Heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsal xəbər verib.

Zübeyde Hanım Bulvarında düzənlənən aksiya şəhidlərimiz üçün  sayğı duruşu, Türkiyə və  Azerbaycanın milli marşlarının çalınmasıyla başlayıb.

Türkiyə- Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
və İqdır Azərbaycan Evi Dərnəyi tərəfındən
təşkil olunan aksiyada mətbuata açıqlama verən təşkilat rəhbərləri və ictimai fəallar, Ermənistanıın atəşkəsi pozaraq Azərbaycana qarşı təxribatlar törətməsini  şiddətlə qınayıblar.

Qeyd olunub ki, erməni hərbi-siyasi dairələri təxribatlara son qoymalıdılar.
Azərbaycan xalqına başsağlığı verən aksiya iştirakçıları, şəhid ailələrinə səbr, qazilərimizə şəfalar diləyiblər.

ELCAN
Missiya.AZ





  • 17-09-2022, 20:28