AZ   |   RU
Toivo Klaar: “Bakı və İrəvanda emosional fikir mübadilələri oldu”

Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Çətin və bəzən emosional fikir mübadilələri aparıldı. Hələ bir çox problemlər var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”.

Missiya.Az
xəbər verir ki, Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında yazıb.

O bildirib ki, Avropa İttifaqı məsələ ilə ən yüksək səviyyədə məşğul olmağa davam edir.
“Məqsədimiz Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazın sabitliyini, təhlükəsizliyini və rifahını təmin edəcək hərtərəfli və davamlı razılaşmaya nail olmaqdır”, - deyə Klaar qeyd edib.

  • 17-09-2022, 16:37