AZ   |   RU
Putin: “Rusiya ilə Azərbaycan arasında ticarət və investisiyaların həcmi artır”

“İkitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm ticarətin, həm də investisiyaların həcminin artdığını qeyd etmək lazımdır”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiya lideri qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif nazirliklər, idarələr və parlamentlər vasitəsilə davam edir.

V.Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə də toxunub: “Yaxşı ki, koordinasiyalı səylərlə eskalasiya dayandırıldı. Sizinlə görüşmək və bütün bu mühüm məsələlər barədə danışmaq fürsəti əldə etdiyim üçün çox şadam”.


  • 16-09-2022, 20:31