“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir gecədə deyil, gündüz gəlmələrini gözləyirik”.
Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bu sözləri Parisdə səfərdə olan Yunanıstan baş naziri Kiriakos Mitsotakis Fransa prezidenti Emmanuel Makron ilə görüşü zamanı deyib.
Mitsotakis bildirib ki, qanun bizim tərəfimizdədir, arqumentlərimizin haqlı olduğuna əminik, ona görə də gecənin birində adalarımıza qəfil gəlməyi planlaşdıranlar gücün kimin tərəfində olduğunu görmək üçün gün işığında gəlməsini gözləyirik.
“Fransanın Yunanıstana qeyd şərtsiz dəstəyi bundan sonra da davam edəcək. Yunanıstanın suverenliyinin şübhə altına alınmasına icazə verə bilmərik” – deyə Makron vurğulayıb.
Qeyd edək ki, Samsunda keçirilən TEKNOFEST festivalı zamanı Ərdoğan Yunanıstana qarşı bu sözləri işlətmişdi: “Ey yunan, tarixə bax, çox uzağa getsən, bədəli ağır olacaq. Yunanıstana bir sözümüz var, İzmiri unutma. Bir gecə qəfil gələ bilərik”.
Daşqın Həsənov
Missiya.Az