AZ   |   RU
İrəvandan "Zəngəzur dəhlizi" barədə təxribatçı bəyanat

Ermənistanın Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyan “Zəngəzur dəhlizi” barədə təxribatçı açıqlama verib.

Missiya.Az
xəbər verir ki, Melkonyan Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Zəngəzur dəhlizi”nin açılmayacağını deyib.
O bildirib ki,  dəhlizdən söhbət gedə bilməz.

Sitat: "Onlar çox şey danışa bilər. Dəhliz haqqında heç bir söhbət yoxdur və ola da bilməz. Malların tranziti üçün dəmir yolunun çəkilməsi mümkündür, bunun isə dəhlizlə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı müddəa Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı10 noyabr bəyanatında yer alıb. Stepan Melkonyanın açıqlamasından belə anlaşılır ki, Ermənistan tərəfi imzalanan üçtərəfli bəyanatın bəndlərini icra etmək istəmir və dəhlizin açılmasında maraqlı deyil.

Prezident İlham Əliyev isə Azərbaycanın  “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Ölkə başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

  • 29-04-2021, 16:58