Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, federasiyadan verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.
23 yaşlı cüdoçu 10 - 11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində mübarizə aparacaq.
Qeyd edək ki, Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.