Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.
“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, - xəbərdə deyilir.
O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.
Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.