AZ   |   RU
ABŞ Rusiyanın Kabildəki səfirliyində törədilmiş terror aktını pisləyir
 
“ABŞ Rusiyanın Kabildəki səfirliyi  yaxınlığında törədilmiş terror aktını pisləyir və həlak olanların ailələrinə başsağlığı verir”.  

Missiya.Az
 Tass-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest öz twitter hesabında yazıb.

Qeyd edək ki, partlayış bazar ertəsi Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin girişi hissəsində baş verib. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində diplomatik nümayəndəliyin iki əməkdaşı həlak olub.

Zərintac Mayisqızı
Missiya.Az


  • 6-09-2022, 16:49