AZ   |   RU
Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 718 min barel olacaq

“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 718 min barel olacaq.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 718 min bareldir”.

  • 5-09-2022, 17:04