AZ   |   RU
AZAL Türkiyənin 2 şəhərinə uçuşları müvəqqəti dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.

Missiya.Az
xəbər verir ki, Bakı - Ankara - Bakı aviareysləri aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi də baş tutmayacaq.

Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.



  • 28-04-2021, 16:57